https://innews.media/uploads/news/2026-08/_innews_0a122e4bd3c3bedb9bc9ee9d3_o.jpg
Müğənni Elnur Məmmədov yeni layihəsini dinləyicilərə təqdim edib.
"innews media" xəbər verir ki, o, bu dəfə eşitmə məhdudiyyətli uşaqların iştirakı ilə “Azərbaycan qadını” adlı musiqi layihəsi ərsəyə gətirib.
Musiqisi Aynur Adilqızına, sözləri Leyli Erola aid olan mahnının ideya müəllifləri Elnur Məmmədov və Laura Quliyeva olub.
Ekran işinin prodüseri isə Teymur Məmmədovdur.
Layihədə 3 nömrəli İnternat tipli xüsusi ümumtəhsil məktəbinin şagird və müəllimləri iştirak edib.
Qeyd edək ki, mahnı birinci xanım Mehriban Əliyevanın doğum gününə həsr olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin