https://innews.media/uploads/news/2024-08/_innews_d4133e7a8fa0291ce8e0519e9_o.jpg
Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan azərbaycanlı cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Vətənə dönüblər.
innews.media xəbər verir ki, Olimpiya çempionlarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Hidayət Heydərov 73 kq çəki dərəcəsində fransız, Zelim Kotsoyev isə 100 kq-da gürcü rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, cüdo üzrə Azərbaycan millisi sonuncu dəfə 2008-ci ildə Elnur Məmmədlinin ( 73 kiloqram) iştirakı ilə Pekin Olimpiadasında qızıl medal əldə edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin