logo
Külli miqdarda narkotik vasitənin tranzit yolla ölkə ərazisindən keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin tranzit yolla ölkə ərazisindən keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin tranzit yolla ölkə ərazisindən keçirilməsinin qarşısı alınıb Külli miqdarda narkotik vasitənin tranzit yolla ölkə ərazisindən keçirilməsinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitənin tranzit yolla ölkə ərazisindən keçirilməsinin qarşısı alınıb.

Baş İdarənin Gömrük risklərinin idarəolunması şöbəsindən daxil olan məlumat əsasında Azərbaycan Respublikasından tranzit keçməklə Pakistan İslam Respublikasından Böyük Britaniyaya daşınan 53 yerdən ibarət irihəcmli bağlamalara “Alfa” ləqəbli kinoloji xidməti itinin tətbiqi ilə yoxlama həyata keçirilib. 

Xidməti itin reaksiyasına əsasən sözügedən bağlamalar rentgen qurğusundan keçirilərkən monitorda 3 ədəd bağlamada şübhəli cizgilərin olduğu müşahidə edilib. Fiziki yoxlama zamanı həmin bağlamalardakı 30 cüt (60 ədəd) qara rəngli kişi ayaq geyimi olan səndəllərin alt hissəsində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü, qəhvəyi rəngli, qablaşdırmaları ilə birlikdə çəkisi 6356 qram narkotik vasitə-həşiş qətranı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media