https://innews.media/uploads/news/2022-02/_innews_df3feaab4bcbffcf9c00de2f2_o.jpg
Mübariz Tağıyev ilə “Üzə-düz”- MTV Azərbaycan kanalı
“Ölüm yoxsa yaşamaq daha çox həqiqidir? Ölüm sözündən heç xoşum gəlmir. Əlbəttə, yaşamaq. Yəqin o söz o insanlar üçün yaxşıdır ki, artıq həyatdan beziblər. Mən həyatdan bezməmişəm. O qədər görəcəyim işlər var ki, təsəvvür belə edə bilmərsiniz. Sanki nəyəsə tələsirəm. Ailəmə, nəvələrimə nədəsə kömək etmək istəyirəm. Amma həyatın sonu var... O biri dünyaya inanıram, bilirəm ki, bir gün əcəl gəlib qapımı döyəcək. Deyəcək Mübariz müəllim durun, üzünüzü çevirin qibləyə, getdin... Hərdən sual verirlər ki, sənət adamı səhnədən nə zaman getməlidir? Belə sual olar? Sənət adamı özü bunu hiss edir! Nə zamanki tamaşaçının zəhləsini tökdü, səssiz-küysüz deyəcək ki, getdim. Amma bunu heç kim istəmir. Özümüzü tez səhmana salıb qayıdırıq tez. Əgər tamaşaçını itirmisənsə, özünə qarşı soyuqluq hiss edirsənsə, getməlisən”.
“Qürbətdə qədim İrəvan şəhərində böyümüşəm. Azərbaycanlı olaraq orda müsabiqədə 1-ci yerə çıxmışam. Təsəvvür edin səhnədə oxuyuram, ordan mənə səslər gəlir, əşi bu türkün nə işi var burda? Eşidirdim axı bunları... Bütöv konsert proqramı çəkilir, mən orda yoxam. Adım çıxarılır. Adını da qoyurlar texniki problem... Bunu o qədər də yaralı qəbul etmirdim, adət etmişdim çünki. O ağrı-acını mənim ətrafım, valideynlərim, əzizlərim yaşayırdı...”
“Sms-lə müğənni seçmək olmaz. Bir də görürdük ən yaxşı seçdiyimiz iştirakçı ilk turdan getdi. Çünki imkanı olmurdu səs toplamağa. Inanın mənə hərdən bir gizli səs verirdim. Bu gün estradamızda parlayan çoxuna səs vermişəm. Görürdüm ayrı variantımız yoxdu bizim. Güclü iştirakçı idi amma arxasında dayanan yox idi, nə etməli idik?”
Ən son xəbərləri səhifəmizdən də izləyin