Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan innews.media verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.
Tədbir zamanı Davudlu kəndinin ərazisində, Bazarçay çayının sahilindən yabanı halda bitən 2 tona yaxın 3895 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin