https://innews.media/uploads/news/2024-05/_innews_03fcf9e108e6255a1ac875908_o.jpg
Görkəmli şəxsiyyət Məhəmməd Əmin Rəsulzadə haqda lentə alınan “Ən səmimi sevgi ilə” iki ölkədə nümayiş etdirilib.
Layihə 28 may Müstəqillik günü münasibətilə 25 mayda Macarıstanın Budapeşt şəhərində göstərilib. Daha sonra 27 mayda Eskişehirin Anadolu Universitetində təqdim olunub.
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü münasibətilə Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən təşkil edilən tədbirdə filmin müəllifi Hüseyn Cavadzadəyə təşəkkür plaketi təqdim edilib.
Qeyd edək ki, sözügedən sənədli film Məhəmməd Əmin Rəsulzadənin həyat-fəaliyyətindən bəhs edir. İlk dəfə Azərbaycanda geniş kütləyə təqdim olunan ekran əsəri Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Rəsulzadənin izi ilə Almaniya, Polşa, Türkiyə və Azərbaycanda lentə alınıb.
Film ərzində yerli və xarici tədqiqatçıların müsahibələri, Rəsulzadəyə məxsus arxiv sənədləri, eksklüziv foto və video görüntülər nümayiş olunur. Layihənin müəllifi AzTV-də yayımlanan “Yüz ilin sirləri” verilişinin müəllif-aparıcısı Hüseyn Cavadzadədir.
Xatırladaq ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il, 31 yanvar tarixində Bakının Novxanı kəndində anadan olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin