logo
"İlham Əliyevin '15-ci Petersberg İqlim Dialoqu'nda Əhəmiyyətli Çıxışı"

"İlham Əliyevin '15-ci Petersberg İqlim Dialoqu'nda Əhəmiyyətli Çıxışı"

"İlham Əliyevin '15-ci Petersberg İqlim Dialoqu'nda Əhəmiyyətli Çıxışı" "İlham Əliyevin '15-ci Petersberg İqlim Dialoqu'nda Əhəmiyyətli Çıxışı"

Prezident cənab İlham Əliyevin Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberg İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışı dünya içtimaiyəti tərəfindən böyük maraqla qarşılandı. Bununla əlaqədar Prezident cənab İlham Əliyev "Euronew" telekanalına müsahibə verdi. Müsahibəsində ölkə başçımız Azərbaycanın dünya üçün əhəmiyyət kəsb edən bir sıra problemlərin həllində mühüm rol oynaması, nüfuzlu beynəlxalq platformalara yüksək səviyyədə sədrlik etməsi haqda məlumat verdi.

Azərbaycan 4 il Qoşulmama Hərəkatına uğurla sədrlik etmiş və bu təşkilatın nüfuzunun artmasında böyük rol oynamışdır. COP 29-un Azərbaycanda keçirilməsinə dünya dövlətlərinin qərarı ölkəmizə olan inam və etimadın nümunəsidir. Tədbirlə əlaqədar Azərbaycana gələcək bütün dövlətlərin nümayəndələri üçün əlverişli şərait yaradılacaq. Ümumiyyətlə Azərbaycan dəfələrlə ən böyük və nüfuzlu beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və ölkəmizə gələn qonaqlar təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıblar.

Bir çox Avropa dövlətləri Azərbaycanın dost və etibarlı tərəfdaş ölkə olduğunu qeyd edirlər. Avropa İttifaqına üzv 9 dövlət Azərbaycanla strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb.

Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq yaşıl enerji sahəsində böyük layihələr icra edib. Azərbaycanın yaşıl enerji gündəliyi var və ölkəmiz istər COP 29-a gədər, istərsə də COP-dan sonrakı dövrdə iqlim dəyişikliyinə qarşı mübarizədə öz töhfəsini verməyə davam edəcək. Azərbaycanda COP-29 ilə bağlı keçiriləcək tədbirlərdə qlobal əhəmiyyətli bir çox məsələlər müzakirə olunacaq. Ölkəmiz dünyada təşəbbüskar və yenilikçi dövlət kimi tanınır. COP üçün yeni bir təşəbbüs də Azərbaycan tərəfindən irəli sürülmüşdür. 3 ölkənin -  BƏƏ, Azərbaycan və Braziliyanın iştirakı ilə üçtərəfli əməkdaşlıq formatı yaradılmışdır və hər üç ölkənin  təcrübəsindən istifadə edilərək gələcəkdə həyata keçiriləcək layihələrə böyük töhfə vermiş olar. Bu gün bəzi dövlətlər neft hasil edən ölkələri iqlim dəyişikliyində günahlandırır. Əslində bu dövlətlər dünyada iqlim dəyişikliyi ilə mübarizədə ön sırada dayanır. Azərbaycan OPEC+ üzv ölkəsidir və dünyada neftin qiymətinin qalxdığı vaxtlarda neft hasil edən ölkələrə iqlim dəyişikliyinin qarşısının alınmasına  maliyyənin artırması təşəbbüsünü irəli sürmüşdür. Azərbaycan hər zaman iqlim dəyişikliyinin qarşısını almaq üçün dünya dövlətlərini birliyə və həmrəyliyə dəvət etmişdir.

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin