https://innews.media/uploads/news/2024-05/_innews_162658868ff1cd725ed3c4383_o.jpg
Rəqiblərimiz çox güclü idi.
Bunu jurnalistlərə açıqlamasında “Prezident kuboku 2024” beynəlxalq reqatasında 200 metr məsafədə kayak yarışında bürünc medal qazanan Azərbaycan avarçəkəni Amil Ramazanov deyib.
2006-2007 təvəllüdlü idmançıların mübarizəsində fərqlənən idmançı yarışın çox gərgin keçdiyini söyləyib: "Bu turnirin qarşıdakı illərdə də təşkil olunmasını istəyirik. Yarış çox gərgin idi. Birinci yerə çıxmağıma rəqiblərimin daha güclü olması mane oldu”.
Qeyd edək ki, “Prezident kuboku 2024” beynəlxalq reqatası mayın 2-3-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin