https://innews.media/uploads/news/2024-04/_innews_0b5bfe34bd35e9e3b5b9066b7_o.jpg
Para-taekvondo idman növü üzrə milli komandamızın aprelin 22-dən mayın 4-dək Qubada təlim-məşq toplanışı olacaq.
Mayda Serbiyada keçiriləcək Avropa çempionatına hazırlıq məqsədilə təşkil olunan toplanışa 6 idmançı cəlb edilib.
Baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi təlim-məşq toplanışında Sabir Zeynalov (58 kq), Amin Əliyev (58 kq), Amin Şıxəliyev (58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Orxan Cəfərov (+80 kq) iştirak edirlər.
Ən son xəbərləri səhifəmizdən də izləyin