https://innews.media/uploads/news/2024-02/_innews_b77ea9d9d262421d14e199b7b_o.jpg
Gənc və yeniyetmə karateçilərimiz Gürcüstanda keçirilmiş Avropa birinciliyində uğurla çıxış ediblər.
Komandamız qitə miqyaslı yarışı 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub. -55 və -61 kq çəki dərəcələrində müvafiq olaraq Fərid Hacızadə və Aslan Dostuyev fəxri kürsünün ilk pilləsinə qalxıblar. Osman Osmanlı +84, Cahangir Qayıbov isə 70 kq-da gümüş mükafatlara yiyələniblər. Yığma komandamızın 4 üzvü – Hüseyn Məmmədli -67, Ələddin Məlikov -63, Rəvan Abbasov -57, Vüsal Qəmbərov isə -52 kq çəki dərəcəsində bürünc medala sahib olublar.
Bu nəticələr sayəsində yığmamız komanda 49 ölkə arasında 7-ci yeri tutub. Avropa birinciliyində görüşləri idarə edən 2 hakimimiz Vüsal İsrafilov və Mais Mədətovun kateqoriyaları artırılıb.
Qitə miqyaslı yarışdaa 49 ölkədən ümumilikdə 1166 karateçi mübarizə aparıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin