Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard federasiyası tərəfindən keçirilən turnirdə milli yığmanın dörd idmaçısı dünya çempionatına vəsiqə qazandı. İdmançılar fevralın 27-dən martın 2-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək mundialda Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.
Vəsiqə qazananların siyahısı:
1 Ramin Səməndərov
2 Seyhun Ağayev
3 Məmmədov Yahya
3 Azər Hacıyev
ABF-in prezidentin sözlərinə görə dünya çempionatında əsas hədəflərinin medal qazanmaq olduğunu söyləyib: “İdmançılarımız yarışa yaxşı hazırlaşıblar. Məşqlər hələ də davam edir. Güman edirəm ki, yaxşı nəticə göstərə biləcəyik. Dünya çempionatına Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yollanacağıq”.
Ən son xəbərləri səhifəmizdən də izləyin