logo
Oğlan və qız millilərimizin Avropa çempionatındakı rəqibləri məlum olub

Oğlan və qız millilərimizin Avropa çempionatındakı rəqibləri məlum olub

Oğlan və qız millilərimizin Avropa çempionatındakı rəqibləri məlum olub Oğlan və qız millilərimizin Avropa çempionatındakı rəqibləri məlum olub

12-21 iyul Rumıniyanın Piteşti şəhərində 20 yaşlı oğlanlar arasında Avropa çempionatı "B" divizionun oyunları baş tutacaq. Püşkatmaya əsasən U-20 yığmamız B qrupunda, Niderland, Böyük Britaniya, Portuqaliya və İrlandiya seçmələrinə rəqib olacaq .

23-28 iyul Albaniyanın Elbasan şəhərində 18 yaşlı oğlanlar arasında baş tutacaq Avropa çempionatı "C" divizionunda U-18 yığmamız B qrupunda, Moldova, Ermənistan və Monako komandalarının rəqibi olacaq. Eyni tarixlərdə U-18 qız millimiz isə, Kosovonun Priştina şəhərində Avropa çempionatı "C" divizionunun B qrupunda, Albaniya, Gürcüstan və Ermənistan yığmaları ilə üz-üzə gələcək.

9-14 iyul Albaniyanın Durres şəhərində 16 yaşlı oğlanlar arasında baş tutacaq Avropa çempionatı "C" divizionunda U-16 yığmamız A qrupunda, Albaniya, Malta və Moldova komandalarının rəqibi olacaq. Eyni tarixlərdə U-16 qız komandamız isə, Cəbəllütariqdə baş tutacaq Avropa çempionatı "C" divizionunun A qrupunda, Gürcüstan, Ermənistan və Kipr seçmələri ilə qarşılaşacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media