https://innews.media/uploads/news/2024-01/_innews_4e410084cbc4275252ae07da3_o.jpg
Voleybol üzrə Azərbaycan çempionatında ilk dəfə olaraq Challenge sistemindən istifadə olunub. Mübahisəli epizodlar üçün nəzərdə tutulan sistem bu gün GİN-in Voleybol Mərkəzində baş tutan “AZERRAIL” - “Abşeron” qarşılaşmasında tətbiq edilib.
Qeyd edək ki, müvafiq qaydalara əsasən komandalara hər setdə 2 dəfə Challenge-dən yararlanmaq imkanı verilir. Tərəflər etirazlarında haqlı çıxsalar, bu imkanlarını qoruyurlar.
Ən son xəbərləri səhifəmizdən də izləyin