logo
"Xəzri" dən rahat, "Xırdalan" dan isə sürpriz və əzmkar qələbə

"Xəzri" dən rahat, "Xırdalan" dan isə sürpriz və əzmkar qələbə

"Xəzri" dən rahat, "Xırdalan" dan isə sürpriz və əzmkar qələbə "Xəzri" dən rahat, "Xırdalan" dan isə sürpriz və əzmkar qələbə

24 yanvar Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci turun iki oyunu baş tutub. "Sərhədçi" İdman Mərkəzində baş tutmuş turun açılış oyununda "Xəzri" və "Cəlilabad" klubları üz-üzə gəliblər.

Bu görüşdə "Xəzri" rəqibi üzərində 100-81 hesablı rahat qələbə qazanıb. Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins - 23 xal, 9 asist), "Cəlilabad" (Camani Pirs - 21 xal, 5 ribaund) Günün ikinci oyununda çempionatın vahid lideri "Sabah",pley-off zonasında qərarlaşmış "Xırdalan" klubu ilə qarşılaşıb. Əlavə vaxta gedən gərgin oyunun yekununda 107-103 hesabı ilə qələbə qazanan tərəf "Xırdalan" olub. Ən məhsuldar basketbolçular: "Sabah" (Kivon Devenport - 24 xal, 12 ribaund), "Xırdalan" (Cessi Qi - 32 xal, 7 asist)

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media