logo
Faiq Ağayev və PRoMetedən "Anaya məktub" - VİDEO

Faiq Ağayev və PRoMetedən "Anaya məktub" - VİDEO

Faiq Ağayev və PRoMetedən "Anaya məktub" - VİDEO Faiq Ağayev və PRoMetedən "Anaya məktub" - VİDEO

Rep ifaçısı PRoMete (Pərviz İsaqov) Xalq artisti Faiq Ağayevlə birgə oxuduğu "Anaya məktub / Bəlkə də" adlanan duetə ekran həyatı verib.

innews.media xəbər verir ki, sözləri Vaqif Səmədoğlu, musiqisi PRoMete və Elgün Ataxanlıya aid olan trekdə PRoMetenin də əlavələri olub. Arajımanı isə Yaşar Baxış və Elgün Ataxanlıya həvalə edilib.

Klipin rejissorluğunu Nail Naiboğlu edib.

"Mahnını birlikdə ifa etməyimizə razı olduğu üçün dəyərli sənətkarımız Faiq Ağayevə qəlbdən təşəkkürlərimi göndərirəm.

Adını "Anaya məktub" qoyduğumuz bəstə musiqisi Emin Sabitoğlu, sözləri Vaqif Səmədoğluya aid olan "Bəlkə də" mahnısının motivləri əsasında yazılıb" deyə, PRoMete bildirib.

Qeyd edək ki, klip rep ifaçının rəsmi "Youtube" kanalında yayımlanmaqdadır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media