logo
Almaniya mediasında soydaşımızın rəhbərlik etdiyi federasiyadan yazılıb

Almaniya mediasında soydaşımızın rəhbərlik etdiyi federasiyadan yazılıb

Almaniya mediasında soydaşımızın rəhbərlik etdiyi federasiyadan yazılıb Almaniya mediasında soydaşımızın rəhbərlik etdiyi federasiyadan yazılıb

Almaniyanın https://rp-online.de media polatformasında Paderborn şəhərində azərbaycanlı Sabir Süleymanın rəhbərlik etdiyi Dünya Sudo Federasiyasının fəaliyyətindən bəhs edilib.

İdman redaktoru Arnd Simon Yanssenin qələmə aldığı məqalədə bildirilib ki, Nettetal şəhərini təmsil edən Erdem Arel gözlənilmədən Paderbornda keçirilən Sudo üzrə 12-ci Dünya çempionatının qızıl medalını qazanıb.

Sudo idman növü barədə ətraflı məlumat verən müəllif bildirib ki, Paderborn həm də Dünya Sudo Federasiyasının təsis edildiyi şəhərdir və bu quruma Sabir Süleyman rəhbərlik edir. “Sudonun şüarı dostluq, sevgi, güc, sürət, cəsarət, fədakarlıq, bədənin və ruhun hərtərəfli inkişafıdır. Sudo sizə özünümüdafiə üçün lazım olan hər şeyi təklif edir. Siz özünüzü hərtərəfli inkişaf etdirirsiniz və bəzi ölkələrdə bu idmanla artıq polis əməkdaşları və hərbçilər məşğul olurlar”, - deyə soydaşımız izah edib.

Məşhur döyüş ustası və aktyor Çak Norrisin sudo güləşçilərindən biri hesab olunduğu vurğulanıb: “Sabir Süleymandan başqa, 10 qara kəmər sahibi olan yeganə sudo döyüşçüsüdür”.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://rp-online.de/nrw/staedte/moenchengladbach/sport/kampfsport-erdem-arel-wird-sudo-weltmeister_aid-103724423

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media