https://innews.media/uploads/news/2023-11/_innews_be671769e45bcda5aefb6ad5a_o.jpg
Azərbaycan Karate Federasiyasının idmançısı Nəzrin Hacıyeva kyokuşin-kan karate üzrə dünya çempionatının qızıl medalını qazanıb.
Qazaxıstanın Almatı şəhərində keçirilən yarışda mübarizə aparan təmsilçimiz 14-15 yaş qrupunda, -45 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edib.
Milli komandamızın digər üzvü, Xətai İdman Mərkəzinin yetirməsi, Dünya Qran Prisinin gümüş medalçısı olmuş Cəmil Kazımlı isə +65 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, komandamız yarışa Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin