logo
Mərkəzi Gömrük Hospitalında dəyirmi masa keçirilib

Mərkəzi Gömrük Hospitalında dəyirmi masa keçirilib

Mərkəzi Gömrük Hospitalında dəyirmi masa keçirilib Mərkəzi Gömrük Hospitalında dəyirmi masa keçirilib

Mərkəzi Gömrük Hospitalında “İstanbul Okmeydanı Eğitim ve Araştırma Hastanesi”-nin həkimlərinin iştirakı ilə Dəyirmi masa keçirilib

18 noyabr 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Türkiyənin “İstanbul Okmeydanı Eğitim ve Araştırma Hastanesi”-nin yüksəkixtisaslı mütəxəssislərinin iştirakı ilə prostat xərçəngi və onun müasir cərrahi metodlarla müalicəsinə dair Dəyirmi masa keçirilib. Görüşdə Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkimi, tibb xidməti polkovnik-leytenantı Bəxtiyar Musayev, Urologiya şöbəsinin rəisi, uzman uroloq Bəhruz Xalıqov, uzman uroloq Samir Ağalarov, həkim-rezident Elxan Qasımov, Türkiyənin Okmeydanı Xəstəxanasının Urologiya Anabilim Dalı Başkanı Prof. Dr.Alper Ötünçtemur, Prof. Dr. Emre Can Polat və Doç.Dr.Mustafa Erkoç iştirak ediblər.

Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkimi Bəxtiyar Musayev bildirib ki, bu cür görüşlərin keçirilməsi həkimlərin təcrübəsinin zənginləşdirilməsində,  gələcəkdə qabaqcıl müalicə və cərrahi metodlardan istifadə etmək üçün böyük önəm daşıyır.

Dəyirmi masada hazırda bütün dünyada çox yayılmış prostat xərçəngi və onun müasir cərrahi metodlarla müalicəsinə dair fikir mübadiləsi aparılıb, prostat xərçənginə yeni yanaşmalardan barədə məlumat verilib.  Görüş maraqlı müzakirələrlə davam edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media