logo
Atıcılıq üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib

Atıcılıq üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib

Atıcılıq üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib Atıcılıq üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib

2026 və 2027-ci illərdə keçiriləcək atıcılıq üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib.

Bu barədə Bakıda təşkil olunan Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyasında qərar verilib.

Qərara əsasən, 2026-ci ildə güllə atıcılığı üzrə qitə birinciliyi Estoniyada, stend atıcılığı yarışı isə Yunanıstanda reallaşacaq. Səsvermənin nəticəsinə əsasən, 2027-ci ildəki Avropa çempionatı müvəqqəti təsdiqlə Finlandiyaya həvalə olunub. Çünki adıçəkilən ölkədə atıcılıq kompleksi hələ tam hazır deyil.

2026-ci ildə Finlandiyadakı kompleksə son baxış keçirildikdən sonra yekun qərar veriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media