logo
Dünya çempionatına son hazırlıq prosesi davam edir

Dünya çempionatına son hazırlıq prosesi davam edir

Dünya çempionatına son hazırlıq prosesi davam edir Dünya çempionatına son hazırlıq prosesi davam edir

Oktyabrın 23-dən 29-dək Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı keçiriləcək.

Yarışda ölkəmizi təmsil edəcək millilərimiz son təlim-məşq toplanışını keçir. Sərbəst güləş üzrə yığmamız oktyabrın 4-dən Rusiyada hazırlıq prosesinə başlayıb. Vladiqafqazda reallaşan toplaşan ayın 18-dək davam edəcək.

Yunan-Roma və qadınlardan ibarət komandalarımız isə dünya çempionatına Bakıda hazırlaşır. Məşqlər Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirilir.

Qeyd edək ki, “Feti Borova” idman kompleksində təşkil ediləcək mundialın ilk günlərində sərbəst (23-25 oktyabr), daha sonra qadın (25-27 oktyabr), ən sonda isə yunan-Roma güləşi (27-29 oktyabr) üzrə mübarizə baş tutacaq. Dünya çempionatında I-S kateqoriyalı hakim İntiqam Alıyev ədaləti qoruyacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media