Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış Bakı şəhəri Nərimanov rayon gəncləri ilə görüşüb. Görüş zamanı tələbələri təbrik edən sədr müavini ölkəmizdə təhsilə verilən yüksək qiymətdən söz acıb, gənclərimizin olimpiadalarının qalibi olmasından, təhsildə göstərdikləri yüksək nailiyyətlərdən bəhs edib, bu uğurların Prezident İlham Əliyevin gənclər və təhsil sahəsinə ayırdığı yüksək diqqətin nəticəsi olduğunu qeyd edib.
Xaricdə təhsili üzrə 2007-2015-ci illərdə qəbul olunmuş Dövlət Proqramından söz açan sədr müavini bu proqramın mahiyyətindən, məzunların bu gün müxtəlif sferalarda qazandıqları uğurlar barədə danışıb. Daha sonra dövlət başçısı tərəfindən qəbul edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması” və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün” Dövlət Proqramlarından bəhs edən Adil Əliyev, Azərbaycan vətəndaşlarının dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində dövlət hesabına təhsil almasından, müasir elm, bilik və texnologiyalara yiyələnməsinin vacibliyindən bəhs edib.
Həm ölkəmizdə, həm də xaricdə təhsil alan tələbələr üçün təsis edilmiş təqaüdlərdən bəhs edərək, ölkəmizdəki ali təhsil mühitindən, Universitetlərdə müasir infrasturkturların qurulmasından, laboratoriyaların yaradılmasından, eləcə də müəllim və professor heyətinin qazandıqları nailiyyətlərdən danışıb. Gənclərin layiqli vətəndaş kimi yetişmələrində təhsillin rolunu vurğulayıb. Bölgə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq kimi vacib missiyanın məhz gənclərin üzərinə düşməsini qeyd edib. Bugünkü Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsində üzərinə düşən tarixi vəzifədən bəhs edən sədr müavini, eləcə də qalib Azərbaycan gəncinin hər zaman dövlətinə, xalqına bağlılığını qeyd edərək, onlara təhsil həyatında gənclərə uğurlar arzulayıb.
Sonda yüksək bal toplamış gənclərə təhsil müddətlərində rahat istifadə etməkləri üçün planşetlər və digər qiymətli hədiyyələr verilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin