logo
Vitse-spiker Adil Əliyev Avropa birinciliyinin qalibləri ilə görüşüb

Vitse-spiker Adil Əliyev Avropa birinciliyinin qalibləri ilə görüşüb

Vitse-spiker Adil Əliyev Avropa birinciliyinin qalibləri ilə görüşüb Vitse-spiker Adil Əliyev Avropa birinciliyinin qalibləri ilə görüşüb

Sentyabrın 12-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev İstanbulda keçirilmiş Kadetlər, yeniyetmə və gənclərin Avropa birinciliyində iştirak etmiş idmançılarla görüşüb.

İdmançıları salamlayan vitse-spiker Adil Əliyev idmançıları göstərdikləri yüksək nailiyyətlərə görə təbrik edib, onların qazandıqları qələbələrin önəmindən danışıb. O, bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə Prezident seçilməsindən sonra ölkəmizdə idmanın inkişafında yeni və uğurlu bir dövr başladı. Bədən tərbiyəsinə ayrılan diqqət, olimpiya idman komplekslərinin tikintisi, yeni idman qurğularının istifadəyə verilməsi idmanımızın inkişafını şərtləndirən başlıca amillər oldular. Ölkəmizin nüfuzlu idman yarışlarına ev sahibliyi etməsi, olimpiadaların, çempionatların Azərbaycanda təşkili bizi dünyaya idman ölkəsi olaraq tanıtdı. İdmançılarımızın göstərdiyi nailiyyətlər, onların fəxri kürsünün ən yüksək pilləsinə qalxmaları, himnimizi səsləndirərək bizləri qürurlandırmaları xalqımız üçün böyük məna kəsb edir.

Daha sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən bəhs edən vitse-spiker bu Qələbə üçün məhz qəhrəman şəhidlərimizə borclu olduğumuzu dilə gətirib. Şəhidlərimizin keçdikləri qəhrəmanlıq yolunun gənclərimizə örnək olduğunu bildirən vitse-spiker, idmançılarımıza həm idman, həm də təhsil həyatında uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Orxan Əliyev idmançıların göstərdikləri nailiyyətlər barədə məlumat verib. O, Kadetlər, yeniyetmə və gənclər arasında WAKO Avropa birinciliyində Azərbaycan milli yığma komandasının tarixi uğura imza ataraq 16 qızıl, 16 gümüş və 31 bürünc medal qazandığını diqqətə çatdırıb.

Daha sonra vitse-spiker Adil Əliyev tərəfindən idmançılara, məşqçilərə və hakimlərə Azərbaycan Kikboksinq Federasiyasının yeni formaları təqdim edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media