logo
AzTU-nun rektoru xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının yubiley medalı ilə təltif olunub

AzTU-nun rektoru xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının yubiley medalı ilə təltif olunub

AzTU-nun rektoru xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının yubiley medalı ilə təltif olunub AzTU-nun rektoru xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının yubiley medalı ilə təltif olunub

AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin 23 avqust 2023-cü il tarixli 351 nömrəli əmrinə əsasən, “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Yubiley medalını rektora Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi İltimas Məmmədov təqdim edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Prezidentinin 4 avqust 2023-cü il tarixli Fərmanı ilə təsis olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media