logo
Cüdoçularımız Avropa çempionatında mübarizəya başlayır

Cüdoçularımız Avropa çempionatında mübarizəya başlayır

Cüdoçularımız Avropa çempionatında mübarizəya başlayır Cüdoçularımız Avropa çempionatında mübarizəya başlayır

Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının ilk yarış günündə Azərbaycan yığma komandasının 7 üzvü tatamiyə çıxacaq.

7 sentyabrda oğlanlar arasında -60 kq. çəkidə Nizami İmranov, -66 kq. çəkidə Nicat Nağıyev və Aydın Rzayev tatamiyə çıxacaq.

Qızlar arasında isə -48 kq. çəkidə Könül Əliyeva və Vüsalə Hacıyeva, -52 kq. çəkidə Aydan Vəliyeva, -57 kq. çəkidə Fidan Əlizadə güclərini sınayacaq.

Yarış Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Çempionatı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media