logo
Atçılıq idmanının dresaj növü üzrə açıq çempionatda milli yığmamızın üzvü çıxış edib

Atçılıq idmanının dresaj növü üzrə açıq çempionatda milli yığmamızın üzvü çıxış edib

Atçılıq idmanının dresaj növü üzrə açıq çempionatda milli yığmamızın üzvü çıxış edib Atçılıq idmanının dresaj növü üzrə açıq çempionatda milli yığmamızın üzvü çıxış edib

Sentyabr ayının 1-3 tarixlərində atçılıq idmanının dresaj növü üzrə Almaniyanın ən güclülərinin iştirak etdiyi açıq çempionatda milli yığmamızın üzvü Aqata Zəhrabəyova çıxış edib.

Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə Almaniyanın Düsseldorf şəhərində təlim məşq toplanışlarına mütəmadi qatılan və Avropanın ən mötəbər turnirlərində ölkəmizi təmsil edən Aqata Zəhrabəyova 3 gün davam edən bu turnirdə də xüsusi fərqlənərək finala vəsiqə qazanıb və 25 idmançının iştirakı ilə baş tutan yekun mərhələdə 3-cü yerə yüksəlib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media