https://innews.media/uploads/news/2023-08/_innews_baf0675f8d1388e96298f19b2_o.jpg
Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərsuvenir” MMC-də olub. Artıq 10 ildən çoxdur ki, “Azərsuvenir” ordenlərin, medalların, xatirə sikkələrin, qab-qacaqların, zinnət və milli üslubda hazırlanan digər məhsulların istehsalçısıdır.
İşgüzar görüş çərçivəsində “Azərsuvenir”-in rəhbərliyi qazaxıstanlı diplomatlara özündə Azərbaycan mədəniyyətini əks etdirən məhsullarını təqdim edib və onların istehsal texnologiyaları haqqında məlumat verib.
Qazaxıstan Səfiri “Azərsuvenir”-in fəaliyyətini yüksək qiymətləndirib. Tərəflər əməkdaşlığın konkret addımlarını müzakirə ediblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin