logo
Ermənistanda aparılan dağ-mədən sənayesi işləri heç bir hesabatlılığı olmayan şəkildə həyata keçirilir - QHT sədri

Ermənistanda aparılan dağ-mədən sənayesi işləri heç bir hesabatlılığı olmayan şəkildə həyata keçirilir - QHT sədri

Ermənistanda aparılan dağ-mədən sənayesi işləri heç bir hesabatlılığı olmayan şəkildə həyata keçirilir - QHT sədri Ermənistanda aparılan dağ-mədən sənayesi işləri heç bir hesabatlılığı olmayan şəkildə həyata keçirilir - QHT sədri

Ermənistanda aparılan dağ-mədən sənayesi işləri qeyri-şəffaf və heç bir hesabatlılığı olmayan şəkildə həyata keçirilir. Ancaq uzun illərdir ki, beynəlxalq ictimaiyyət buna heç bir reaksiya göstərmir. Biz bu yaxınlarda həm ölkəmizdə, həm də xaricdə səhiyyə və ekologiya sahələrində fəaliyyət göstərən QHT-lərlə birgə Birləşmiş Millətlər Təşkilatına (BMT) bəyanat göndərdik. Daha bir bəyanat isə ətraf mühitə ciddi şəkildə təsir göstərən dağ-mədən sənayesi işlərinin təcili olaraq dayandırılması üçün Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktubla ünvanlandı. Lakin təəssüflər olsun ki, qarşı tərəfdən heç bir reaksiya gəlmədi, aidiyyəti tədbirlər görülmədi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sağlamlığa Xidmət” İctimai Birliyinin İcraçı direktoru Pərvanə Vəliyeva söyləyib.

QHT sədri qeyd edib: “BMT-yə müraciətimizdə bildirmişdik ki, ətraf mühitin qiymətləndirilməsi üçün monitorinq qrupu təşkil edilsin, ekspertiza yaradılsın. BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi tərəfindən heç bir tədbir görülmədi. Buna görə də fikirləşdik ki, həm səhiyyə, həm də ekologiya sahəsində dağ-mədən fəaliyyəti üzrə belə bir təcrübəsi olmuş qeyri-hökumət təşkilatları olaraq daha səmərəli fəaliyyət göstərmək üçün güclərimizi birləşdirək və belə bir koalisiya yaradaq. Koalisiyamız ətraf mühitin qorunması məqsədilə yaradılıb. Təbii ki, burada qeyri-hökumət təşkilatları, xarici, özəl qurumlar, şirkətlər də əməkdaşlığa cəlb olunacaq. Beləliklə, biz ilkin olaraq fəaliyyətimizə Ermənistanın dağ-mədən sənayesində fəaliyyət göstərən, buraya investisiya qoymağa cəlb edilmiş xarici şirkətlərin həmin işlərə start verməzdən əvvəl ətraf mühitin qiymətləndirilməsi üzrə hazırlanmış hesabatlarının dərc olunmasını tələb etməklə başlayacağıq. Çünki bunlar açıq sənədlər olmalıdır və saytlarda yerləşdirilməlidir, o cümlədən media vasitəsilə ictimaiyyət də məlumatlandırılmalıdır. Biz bu formada tələblərimizi irəli sürəcəyik.

Pərvanə Vəliyeva vurğulayıb ki, həmin şirkətlərin baş ofisləri ilə təmaslar quraraq yazışmaların aparılması və əlaqələrin yaradılması nəzərdə tutulur. Onlar görüşlərin təşkil edilməsi və su axarlarının, o cümlədən transsərhəd çayların su hövzələrinin nə dərəcədə çirkləndirilməsi barədə məlumatlandırılacaq, məsuliyyətli davranışa təşviq ediləcəklər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media