logo
Musiqili Teatrda xüsusi qayğıya ehtiyacı olan uşaqların sərgisi keçiriləcək

Musiqili Teatrda xüsusi qayğıya ehtiyacı olan uşaqların sərgisi keçiriləcək

Musiqili Teatrda xüsusi qayğıya ehtiyacı olan uşaqların sərgisi keçiriləcək Musiqili Teatrda xüsusi qayğıya ehtiyacı olan uşaqların sərgisi keçiriləcək

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında UAFA-nın (Azərbaycana Birgə Yardım Təşkilatı) layihəsi əsasında yaradıcı təhsil alan xüsusi qayğıya ehtiyacı olan (əlilliyi olan) uşaqların “Qarabağ” mövzusunda sərgisi keçiriləcək.

Sərginin ideya müəllifi Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, kuratoru isə teatrın baş rəssamı  Vüsal Rəhimdir.  
Sərginin sonunda layihədə iştirak edən uşaqlara teatr tərəfindən həvəsləndirici diplomlar veriləcək.

Daha sonra sərgi iştirakçıları librettosu və quruluşu rejissor Zəhra Quliyevaya aid olan “Qırmızı papaq və Redmüzi” müzıklına xüsusi qonaq qismində  tamaşa edəcəklər.

Akademik Musiqili Teatr bütün balaca tamaşaçıları sərgiyə və eyni zamanda həmin gün saat 12:00 və 14:00-da nümayişi nəzərdə tutulan “Qırmızı papaq və Redmüzi” tamaşana baxmağa dəvət edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media