https://innews.media/uploads/news/2022-04/_innews_8959c6146e179e808d6824105_o.jpg
Könül Xasıyeva-MTV Azərbaycan kanalı- “Üzə-düz” proqramı
“Həyatımda əsl sevgini bir dəfə yaşamışam. Bir dəfə sevmişəm. Söhbət keçmiş həyat yoldaşımdan gedir. O da indi həyatdı da uğursuz alınıb. Bu söhbətin üstündə çox dayanmaq istəmirəm. Allah o insanı da, məni də, övladım Kazımı da xoşbəxt eləsin. Allah hər ikimizə can sağlığı versin, yolumuzu açıq eləsin. Övladımla ata-baladırlar, tez-tez danışırlar. Elə məsələlər olur ki, mən də məsləhət edirəm. Kazım oğlan uşağıdır. Həmin insanla dost kimi ayrılmışıq. O, yaxşı şəxsiyyətdir. Bir-birimizdən inciməmişik. Sadəcə olaraq qismət də. Alınmadı. Kazım balaca idi, 2-3 yaşı olardı, 10 il var ayrılmışıq”.
“Mən bir xanım ömrü yaşamadım. Bunu Allah mənə nəsib eləmədi. Həmişə məclislərdə, el şənliklərində kişilərlə çiyin-çiyinə çalışmışam. Amma həmişə istəmişəm xanım ömrü yaşayım. Digər xanımlar kimi istəyərdim ömrümün çox hissəsi mətbəxdə keçsin. Əlbəttə ki, ailə-övlad bunlar hamısı vacibdir olmalıdır. Allah hamını xoşbəxt eləsin amma məndə alınmadı...”
“Əslində çox istəyirdim bir qızım olsun. Oğlum Kazımdan sonra bir qız övladı da istəyirdim amma şəkər xəstəliyinə görə həkimim icazə vermədi. Çatdığımız arzular var, bir də çatmadığımız. Bu da yarım qalan arzularımızdan oldu. Qızım olsaydı, mənə qulluq edərdi... Allah xeyrli övlad versin. Hər bir ana arzulayır ki, onu qızı olsun. Nə etmək olar?! Olmadı. Allah Kazımı xeyrli övlad eləsin!”
“Mən baha qiymətə toya getməmişəm heç vaxt. Çalışmışam ki, məclislərində məni görmək istəyən insanların məclisində iştirak edim. Şəkidə də 2 dəfə ev tikdirdim. Burda da ev aldım özümə. Sonra böyük qardaşıma rayonda, burda balaca qardaşıma ev tikdirdim. Bütün qohumlarımın, tanışlarımın, rəfiqələrimin uşaqlarına, kim yanıma gəlirdisə hamısına təhsil vermişəm, oxutmuşam. Ali məktəb oxutmuşam, hazırlığa göndərmişəm. Bunlar hamısı göz qabağında olan şeylərdir. 11 uşaq oxutmuşam, 3 qız ərə vermişəm, 2 oğul evləndirmişəm. Bunlar hamısı şərtdir. Deyək ki, bir ailə başcısı iki övladını ancaq çalışıb bir yerə çıxarda bilir. 11 uşağın hamısını təhsil alması üçün onların hamısının 12 yaşından baxıb yazlığını, qış geyimlərini, getməklərini, gəlməklərini, təhsillərini, hazırlıqlarını çatdırmaq. Hərəsi 4 müəllim yanına gediblər. Bunların hamısı axı şərtdir. Mən həyatımı onlara sərf eləmişəm”.
“Atam çox sərt adam idi. Məni də çox döyüb. Zamanında. Oxuyurdum, kişi də məni döyürdü ki, oxuma da. Balaca idim. Bir ya ikinci sinfə gedirdim. Mən də özümü saxlaya bilmirdim, oxuyurdum. Gedirdim qonşuda otururdum, oxuyurdum, atamın iş yeri yaxın idi. Evə piyada gəlirdi. Yola uşaq qoyurduq, deyirdik ki, gələndə xəbər elə. Mənim səsimi eşitməsin ki , mən oxuyuram. Amma sonralar, mən artıq gəlmişdim Bakıya. Sonralar artıq mən oxuyanda o kövrəlirdi. Bizim rayonda qonşularımız, qohumlarımız, bu verlişi izləyən və atamı tanıyan, ailəmizi tanıyan hər kəs bunun şahididir ki, mən oxuyurdum atam kövrəlirdi, göz yaşı tökürdü. Amma bilmədim bu nədən idi...Hər iki valideynimin itkisi mənə çox ağır gəlib. Atam çox sərt adam olub. Məni döyüb, amma yerində döyüb. Çünki o vaxdı qız uşağının oxumasına yaxşı baxmırdılar. Deyirlər ki, qızını döyməyən dizini döyər. İndi birdən deyirəm ki, atamızın o vaxdı yaxşı ki, hökmü var idi. Atamızın əlini stola vurmağı var idi. Atam işdən gələndə biz hamımız ayağa qalxardıq. Mənim yadımdadı. Anamız da bizi belə öyrədib. Məsələn, atam axşam işdən evə gələnə qədər biz çörək yemirdik. Atam gəlirdi, sonra biz axşam yeməyi yeyirdik”.
Ən son xəbərləri səhifəmizdən də izləyin