https://innews.media/uploads/news/2023-03/_innews_c80c2795d27c3f8959e66b316_o.jpg
Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyevin təşəbbüsü ilə bir qrup qadın mədəniyyət işçiləri ilə görüş keçirilib. İdarə rəisi görüşdə qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edərək, mədəniyyət sahəsində çalışan qadınların əmək hüquqlarının qorunması, onların sosial cəhətdən dəstəklənməsi sahəsində görülmüş işlərdən söz açaraq Ulu öndər Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil etdiyini qeyd edib.
Görüşdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə mədəniyyət sahəsində fərqlənən xanımlara fəxri fərman və hədiyyələr təqdim olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin