logo
"Bir qohumla da əlaqə saxlamadım ki, onlar məni, mən də onları unudum..." - VİDEO

"Bir qohumla da əlaqə saxlamadım ki, onlar məni, mən də onları unudum..." - VİDEO

"Bir qohumla da əlaqə saxlamadım ki, onlar məni, mən də onları unudum..." - VİDEO "Bir qohumla da əlaqə saxlamadım ki, onlar məni, mən də onları unudum..." - VİDEO

"Atam rəhmətə gedəndə 47, anam rəhmətə gedəndə isə 63 yaşı olub. 19 yaşımda artıq hər iki valideynimi itirdim, ali təhsilim yarımçıq qaldı, tək yaşamağa başladım. Bu Allahın, taleyin bir missiyası idi, gəldi çıxdı qarşıma. Adam var çətinliyi, 26, 36, 50 yaşında görür. Mənim dostumun atası 50 yaşında rəhmətə getdi, necə balaca uşaq kimi ağlayırdı. Həyat bir oyundur, mərhələlər var. Kimisi sonda keçir bunu. Mənə elə gəlir ki, sonda olanı mən əvvəldə keçdim və yetəri qədər də uğurlu alındı. Yavaş-yavaş başa düşdüm ki, mən harasa gedirəm və bütün bunlar imtahanlar idi. Hesab edirdim ki, mən seçilmiş insanam!".

innews.media xəbər verir ki, bu sözləri aktyor Azər Aydəmir “Düzünə qalsa...” verilişində deyib. Aktyor bildirib ki, bir çox aktyor onun təhsilsiz olmasını tənqid edib: 

"18-19 yaşımdan, tək, dostlarımın əhatəsində böyüyürəm. Qohumlarla əlaqəm kəsilib. Yox, məni tək buraxmadılar. İllər sonra onları görürəm ki, mənə utanaraq yaxınlaşırlar. Özlərini sanki mən tək qaldım deyə, günahkar hesab edirlər. Bunu hiss edirəm. Zərrə qədər kimsədə günah görmürəm, mən özüm tək qalmaq istədim. Küsmədim sadəcə o yaşda belə başa düşürdüm ki, mən kiminsə himayəsində qalsam, o Azər Aydəmir olmayacam! 18 yaşda bunu dərk etdim. Özüm dedim ki, tək qalacam, həyata atıldım. Başa düşüm ki, bu nədir! Ona görə bir nəfərlə də əlaqə saxlamadım ki, onlar məni unutsunlar, mən də onları!".

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media