logo
Akademik Musiqili Teatrda "Şuşadan dünyaya yayılan musiqi" - FOTO

Akademik Musiqili Teatrda "Şuşadan dünyaya yayılan musiqi" - FOTO

Akademik Musiqili Teatrda "Şuşadan dünyaya yayılan musiqi" - FOTO Akademik Musiqili Teatrda "Şuşadan dünyaya yayılan musiqi" - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrında da silsilə layihələr həyata keçirilir.

Şuşa torpağının Azərbaycan xalqına bəxş etdiyi dahi bəstəkarların ölməz əsərləri aprel ayı ərzində teatrın səhnəsində “Şuşadan dünyaya yayılan musiqi” adı altında nümayiş olunacaq.

Belə ki, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “Ər və arvad” “O olmasın, bu olsun” musiqili komediyaları aprel ayının 2, 16 və 23-də oynanılacaq.

Fikrət Əmirovun musiqiləri ilə ərsəyə gələn “999-cu gecə” tamaşası isə 3 apreldə teatrsevərlərə təqdim olunacaq.

Tamaşalar saat 19:00-da başlayacaq.

Səhnə əsərlərinə biletləri şəhərimizin kino-teatr kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "iticket.az" saytından əldə etmək olar.

Kollektiv sifarişlər qəbul olunur. Yerlər məhduddur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media