https://innews.media/uploads/news/2026-07/_innews_3628faf40524143b24f4e0346_o.jpg
Ceyranbatan–Maştağa magistral su xəttində aparılan əsaslı təmir işləri başa çatmaq üzrədir.
"INNews Media" xəbər verir ki, Ceyranbatan–Maştağa xəttinin 6-cı kilometrində diametri 1200 millimetr olan magistral su kəmərinin istismar müddəti başa çatmış 22 metrlik qəzalı hissəsi yenisi ilə əvəz olunub.
Məlumata görə, təmir işləri fasiləsiz rejimdə həyata keçirilib və hazırda yekun mərhələyə çatıb.
Növbəti mərhələdə magistral xəttin yuyulması, içməli su ilə doldurulması, suyun müvafiq anbarlara ötürülməsi, daha sonra isə ərazidaxili paylayıcı xətlər vasitəsilə abonentlərə verilməsi prosesi həyata keçiriləcək.
Qeyd edək ki, bu işlər magistral su kəmərinin etibarlılığının artırılması və abonentlərin dayanıqlı içməli su təchizatının təmin edilməsi məqsədilə həyata keçirilir.
Ən son xəbərləri səhifəmizdən də izləyin