logo
ADA Universitetində 20 Yanvar şəhidləri yad edilib

ADA Universitetində 20 Yanvar şəhidləri yad edilib

ADA Universitetində 20 Yanvar şəhidləri yad edilib ADA Universitetində 20 Yanvar şəhidləri yad edilib

Yanvarın 19-da ADA Universitetində 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək üçün tədbir keçirilib. Universitetin Tələbə Xidmətləri bölməsinin təşkil etdiyi tədbirdə yerli və xarici tələbələr, müəllim və işçi heyəti iştirak ediblər.

Tədbir zamanı əvvəlcə Dövlət Himni səsləndirilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Universitetin Hüquq, İctimai idarəetmə və Beynəlxalq münasibətlər proqramları üzrə təhsil alan tələbələrinin ifasında vətənpərvərlik ruhunda şeir və musiqi ifaları səsləndirilib. Çıxış edən tələbələr 20 Yanvar hadisələrinin Azərbaycan tarixində yeni səhifə açdığını, müstəqillik uğrunda canından keçənlərin xatirəsinin unudulmayacağını və onların şücaətinin gənclərə örnək olduğunu qeyd ediblər. Universitetin Meksika, Ukrayna və Tacikistandan olan tələbələri Qabil Əhmədin “Şəhidlər” şeirini doğma dilimizdə səsləndiriblər.

Tədbirdə çıxış edən ADA Universitetinin dosenti və Siyasi elmlər doktoru Azər Babayev “20 Yanvar hadisələrində milli cəsarət imperiya üzərində qalib gəldi” deyərək xalqımızın azadlıq uğrunda küçələrə və meydanlara toplaşmasının iradə və əzmimizin ifadəsi olduğunu qeyd edib.

footer
Top