logo
Seysmoloji Mərkəzdə "Horizon Avropa" proqramı ilə bağlı gənc alim və mütəxəssislər üçün təlim keçirilib

Seysmoloji Mərkəzdə "Horizon Avropa" proqramı ilə bağlı gənc alim və mütəxəssislər üçün təlim keçirilib

Seysmoloji Mərkəzdə "Horizon Avropa" proqramı ilə bağlı gənc alim və mütəxəssislər üçün təlim keçirilib Seysmoloji Mərkəzdə "Horizon Avropa" proqramı ilə bağlı gənc alim və mütəxəssislər üçün təlim keçirilib

Yanvarın 17-də  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində  “Horizon Avropa” proqramı üzrə qeydiyyat və layihələrin hazırlanması qaydaları ilə bağlı Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən mərkəzdə çalışan gənc alim və mütəxəssislər üçün təlim keçirilib.

Təlimdə RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov gənc alim və mütəxəssislərə beynəlxalq layihələrdə iştirak qaydaları ilə bağlı məlumat veriblər.

Həmçinin təlimdə “Horizon Avropa” proqramında qeydiyyat, təqdim olunacaq layihələrin hazırlanma qaydaları, layihələrin hazırlanması mövzusunun aktuallığı və yeni elmi istiqamətlərin seçilməsi və s. mövzular müzakirə olunub.

Daha sonra gənc alim və mütəxəssislərin maraq doğuran sualları cavablandırılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media