logo
BDU Kimya fakultəsi öz məzunları ilə effektiv əlaqələr qurmaq üçün "Məzun Bazası" yaradıb

BDU Kimya fakultəsi öz məzunları ilə effektiv əlaqələr qurmaq üçün "Məzun Bazası" yaradıb

BDU Kimya fakultəsi öz məzunları ilə effektiv əlaqələr qurmaq üçün "Məzun Bazası" yaradıb BDU Kimya fakultəsi öz məzunları ilə effektiv əlaqələr qurmaq üçün "Məzun Bazası" yaradıb

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakultəsi öz məzunları ilə effektiv əlaqələr qurmaq üçün "Məzun Bazası" yaradıb. Bu barədə BDU-nun Kimya fakultəsinin dekan müavini, kimya üzrə fəlsəfə doktoru Taleh Qəhrəmanov sosial media şəbəkəsindəki hesabında məlumat verib.

"Kimya fakültəsini müxtəlif illərdə bitirmiş məzunlarla  sıx əla saxlamaq, onların  gələcək karyera fəaliyyətini izləmək ücün fakültəmizin  “Məzun Bazası” yaradılmışdır. Bu bazanın yaradılmasında məqsədimiz Sizlərlə məzunu olduğunuz Bakı Dövlət Universitetinin Kimya fakültəsi arasında əlaqələri daha da möhkəmləndirmək, uğurlarınız barədə  fakültəmizin tələbə və müəllim kollektivini məlumatlandırmaq, əldə etdiyiniz nailiyyətlərin sevincini sizinlə birgə paylaşmaqdır.

İnanırıq ki, Sizlər “Məzun Bazası”nin formalaşmasında  aktiv iştirak edəcək və fakültəmizin öz məzunları ilə  sıx əlaqələrinin qurulmasına töhfə verəcəksiniz.

Biz sizin hər birinizi fakültəmizdə yenidən görməyə, irəli sürəcəyiniz faydalı təşəbbüslərə dəstək verməyə şad olarıq. Kimya fakültəsi öz məzunları ilə qürur duyur, hər birinizin  uğurunu öz uğurumuz sayırıq".

https://docs.google.com/forms/d/1s33c1Z_t9MQSd0qEoF39UiTyhJJCEClGIEOJIK-BlR0/edit

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media