https://innews.media/uploads/news/2023-01/_innews_49f5a84222e348d8d1cd741a5_o.jpg
14 yanvar tarixində Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində Heydər Əliyev ilinə həsr olunmuş "Müstəqilliyimizin qarantı" mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı kitabxanaçılar iştirak ediblər. Öncə Ulu Öndərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Giriş sözü ilə çıxış edən məktəbin direktoru Xəyal Nağıyev Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb. Ümummilli Liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan bəhs edən Xəyal Nağıyev bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Tədbir müəllimlərin və kitabxanaçıların mövzu ətrafında çıxışları ilə davam etdirilib. Çıxış edənlər Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Ulu Öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələridən söz açıblar. Qeyd olunub ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan Ümummilli Lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin