logo
Metro qatarında problem yarandı, interval uzandı

Metro qatarında problem yarandı, interval uzandı

Metro qatarında problem yarandı, interval uzandı Metro qatarında problem yarandı, interval uzandı

Bakı metrosunda qatarda növbəti dəfə problem yaranıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov innews.media açıqlamasında bildirib ki, "Nizami" stansiyasında vaqonlardan birinin qapısının bağlanmasında problem yaranıb.

"Təlimat qaydalarına uyğun baxış təyin edilib. Qatara əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüb. Qatar mənzili sərnişinsiz qət etdiyi üçün, iki qatar arasında olmaq şərtilə, intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb.
Hazırda problemin səbəbləri araşdırılır", - B. Məmmədov deyib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media