https://innews.media/uploads/news/2022-12/_innews_c872a3edf91d3857b54a49912_o.jpg
26 dekabr tarixində Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına həsr olunmuş “Həmrəy olaq – bir olaq!” başlıqlı tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak edib. Öncə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi anılıb.
Rəsmi hissədə çıxış edən məktəbin direktoru Xəyal Nağıyev Həmrəylik gününün təsis olunma tarixi barədə məlumat verib, tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, müəllim və şagirdlərə uğurlar arzulayıb, tədbirdə iştirakına görə valideynlərə minnətdarlığını bildirib.
Tədbirin davamında yeni ilin əsas rəmzi olan Şaxta baba və Qar qız şənliyə əlavə çalar qatıb. Məktəbin müəllim və şagird kollektivi rəngarəng konsert proqramı ilə çıxış edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin