https://innews.media/uploads/news/2022-12/_innews_d4803fb053fafca70b6cd073d_o.jpg
Mənim dəhşətli dərəcədə "avroviziya" arzum olmayıb. O məni heç vaxt heç yerə gətirməyib. Onunçün heç nə etməmişəm də. Etsəydim, bəlkə də olardı. Amma yenə də görən görür, eşidən eşidir. Qismətimdirsə, ölkəni təmsil edəcəm. Deyilsə, ondan ötrü özümü öldürən deyiləm. Mən bu dünyaya peşəkar musiqi göstərmək üçün gəlmişəm, ondan da böyük zövq alıram!
innews.media xəbər verir ki, bu sözləri müğənni Nərmin Kərimbəyova "Düzünə qalsa" proqramında deyib.
"Şəxsi həyatım barədə çox uzun, dərin danışa bilmərəm. Amma onu deyə bilərəm ki, Nərmin üçün şəxsi həyat heç vaxt ailədən üstün olmayıb. Olmayacaq da. Nərminin savadı, ağlı, enerjisi imkan verir ki, o hər ikisini idarə edə bilsin. Onu deyə bilərəm ki, özümü, ailəm, anam, qızım və qardaşımla çox xoşbəxt hiss edirəm. Yalnız bu! Başqa insan barədə qəti danışa bilməyəcəm! O ki, qaldı nə zamansa ikinci dəfə ailə qurmağa... Həmişə çox uşaq istəmişəm. Ən azı iki övladım olsun. Tək övladım var bilirsiniz. İstərdim yenidən bir qız, bir oğlum olsun. Çox vaxt özümü unutmuşam həyatda. Çox vaxt özümə yetərincə diqqət ayırmamışam".
Nərminin anası Dilarə Kərimbəyova: "Nərmin çox yaxşı övladıdır. Ondan çox razıyam Uşaq vaxtı hər gün məhlədə uşaqları da başına toplayıb konsertlər verirdi. Onlar üçün oxuyurdu, oynayırdı. Qonşular da ona konfetlər atırdı yuxarı mərtəbələrdən. Təsəvvür idin, Vhitney Hyustonun mahnılarını oxuyurdu, sonra evdə gəlib hamısını danışırdı. Amma yoldaşım onun müğənni olmağını istəmirdi, yəni, atası oxumağı sənət bilmirdi. Deyirdi əlində sənəti, əsas savadı olsun, birdən gələcəkdə səsi batsa. Nərmin çoox savadlı insandır. Bir neçə dili uşaqlıqdan təmiz bilir. Hüququ oxudu amma atasının istəyi ilə. Sözün düzü, mən isə istəyirdim o həkim olsun. Ondan yaxşı həkim olardı. İnsanları sevir, qayğı göstərir. Nərmin çox güclü qadındır, həm də sərt, mülayim. Dedilər qaraciyər tapmalısınız. Dedik, hardan? Sən demə, öz doğma bacısı verə bilərmiş... O günlərə qayıtmaq mənimçün çox çətindir, ağlayıram yoxsa... Allaha şükür pis günlər bitdi. Nərmin başqa cür addım ata da bilməzdi. Çox həyəcan keçirirdik, hamı axtarır, mən day gizlənirdim... Hamı soruşur, qorxunu mənim üzərimə tökür, lap pis olurdum. Həmin vaxt Nərmingilə köçüb, nəvəmə özüm baxırdım".
Nərminin qardaşı- Kamran Kərimbəyov: "Bildiyiniz kimi, aylar öncə qaraciyər transplantasiyası keçirdim. Bu əziyyəti illərdir çəkirik, bəlkə də bu problem məktəb vaxtından yaranmışdı. Əməliyyatın vaxtı çatanda donor məsələsi çıxdı ortaya. Dedik, donor kim ola bilər?! Bu barədə bacım Nərmin Kırimbəyovaya sadəcə məlumat verdim. Mənə maraqlı cavab verdi ki, nəyə lazımdır ki? Donor var da. Dedim, kimdi ki o? Dedi, özüm! Bu sözləri demək üçün böyük cəsarət lazımdır. Elə hallar olur ki, kimsə atasına belə donor olmağa söz verir, sonra xəstəxanadan qaçır ya qorxur. Bunların da şahidi olmuşuq hətta. Donor olmaq üçün cəsarət, xarakter lazımdır. Bu da mənim bacım Nərmində həmişə var, olub. Eyni addımı mən də Nərmin üçün atardım. Xəstələnməyin!"
Ən son xəbərləri səhifəmizdən də izləyin