https://innews.media/uploads/news/2022-12/_innews_71cf1dbff022588c29e138250_o.jpg
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc SİMA” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində 17-21 dekabr tarixində “Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi həyata keçiriləcək.
Artıq ikinci ildir təşkil olunan düşərgənin keçirilməsində məqsəd Vətən müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi ilə reallaşan Böyük qayıdışa və Qarabağda dirçəlişə töhfə vermək istəyən Qarabağ gəncləri arasında şəbəkələşməni təmin etmək, bununla bağlı gənclərin ideyalarını toplamaq və onların təşəbbüskarlığını artırmaqdır. Həmçinin gənclərdə vətənpərvərlik və həmrəylik hissini gücləndirmək, müxtəlif təlim və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olaraq asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Düşərgənin açılış mərasimi 17 dekabr, saat 15:00, Şamaxıda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində baş tutacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin