logo
Tovuz rayonunda "Dahi Şəxsiyyət" mövzusunda konfrans keçirilib

Tovuz rayonunda "Dahi Şəxsiyyət" mövzusunda konfrans keçirilib

Tovuz rayonunda "Dahi Şəxsiyyət" mövzusunda konfrans keçirilib Tovuz rayonunda "Dahi Şəxsiyyət" mövzusunda konfrans keçirilib

12 dekabr tarixində Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Dahi Şəxsiyyət” mövzusunda konfrans keçirilib. Öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən məktəbin direktoru Xəyal Nağıyev Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb. O, Heydər Əliyevin unudulmaz şəxsiyyət və dərin zəka sahibi olduğunu bildirib.

Tədbir müəllimlərin mövzu ətrafında çıxışları ilə davam etdirilib. Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media