https://innews.media/uploads/news/2022-12/_innews_eec6a3db03ea4a4820eacdf91_o.jpg
Evdə iki ağıllı, kamil insanın yaratdığı demokratik ab-hava olmalıdır. Ən əsası valideynlər övladın yanında bir-birini təkzib etməməlidir. Tərəddüd və iradlar varsa, kənara çəkilib deyilməlidir ki, sən bu sözü düz demədin. Münasibətlərdə bərabərhüquqlu olmağın tərəfdarıyam. Kişi yumruğunu vurub özünü xatırlatmalı deyil tez-tez. Niyə? Məgər bu qədər biçarə, zəifdirmi? Məgər onun qayğısına qalmırlar evdə? Kişi sevilirsə, yumruğa ehtiyac varmı və yaxud tam əksinə! Münasibətdə sevgi, hörmət, qayğı önəmlidir. Hər şeyi paylaşmaq olar!
innews.media xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif "Düzünə qalsa" proqramında deyib.
Kasıb, ziyalı, müəllim ailəsində doğulmuşam. Təsəvvür edin, maaşa baxan ziyalı valideynlər 3 uşaq oxudur. Pulu, pula calamaq, yarı ac, yarı tox olmaq, nəyisə tapıb geyinmək və geyinməmək var. Yırtıq ayaqqabı, soyuq havalarda kifayət qədər sərin geyinmək nə olduğunu bilirəm, Bakıdakı xalaoğlanların şalvar, gödəkçəsini geyinmək nə olduğunu bilirəm. Bu şeylər mənim həyatımda olub. Məni sınmamağa, əyilməməyə, arzularımın arxasınca getməyə vadar edən cəhət mənim xəyalpərəst olmağım idi!
Şöhrət ən böyük sınaqdır. Təsəvvür et ki, həyatının bəlli bir kəsiyinə kimi heç kimsən. Nə adını, üzünü tanıyırlar, heç bir uğurun da yoxdur. Sonra hər kəs səni tanıyır, dillərə düşürsən. Yolda, marketə gedəndə hər situasiyada. Bilirsən, insanlar çaşır şöhrətdən, dəyərlərini qaçırır. İnsan şöhrətli olub evinin içini unudur, ailəsinə soyuyur, adi vaxtlarında onu tanıyan insanlara laqeyd olmağa başlayır. Unudur ki, dünən sən kim idin! Elə bilir, doğulandan belə idi. Şöhrət insanı həyat yolundan yayındıran sınaqdır. İnsan unutmalı deyil ki, sən hamı kimisən əslində!
Bir söz var e, deyirlər, kişilər ağlamaz. Kişilər elə ağlayır, elə ağlayır ki... Amma bunun kameralara aidiyyatı yoxdur. Sonuncu dəfə atam rəhmətə gedəndə ağlamışam. Mənə elə gəlir ki, kifayət qədər tutarlı səbəb olmalıdır ki, dəmir xarakterli insanlar ağlasın. İnsanı bundan şiddətli nəsə qıra bilməz! Bu elə bir şeydir ki, sənin ixtiyarından çıxıb artıq. Atamı görsəm heçnə deməzdim. Elə şeylər var ki, mən o barədə danışmıram ki. Mən onu baxışlarımdan ifadə edərdim.
Ən son xəbərləri səhifəmizdən də izləyin