logo
Şahdağ Milli Parkının yaranması günü ilə bağlı tədbir keçirilib

Şahdağ Milli Parkının yaranması günü ilə bağlı tədbir keçirilib

Şahdağ Milli Parkının yaranması günü ilə bağlı tədbir keçirilib Şahdağ Milli Parkının yaranması günü ilə bağlı tədbir keçirilib

Zəngin təbii landşafta, unikal ekosistemə malik olan Şahdağ Milli Parkının yaranması günü ilə əlaqədar bu gün milli parkın İsmayıllı bölməsində maarifləndirici tədbir keçirilib.

Tədbirdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbə kollektivi iştirak edib, iştirakçılara milli parkın yaranması, flora və faunası, turizm potensialı, eləcə də milli parkın ərazisinə reintroduksiya edilmiş nəcib maral və zubrlar haqqında məlumat verilib.

Qeyd edək ki, Şahdağ Milli Parkı ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli Sərəncamı ilə yaradılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media