logo
ADPU tələbələri Tibb Universitetinin anatomiya muzeyində praktik dərs keçdi

ADPU tələbələri Tibb Universitetinin anatomiya muzeyində praktik dərs keçdi

ADPU tələbələri Tibb Universitetinin anatomiya muzeyində praktik dərs keçdi ADPU tələbələri Tibb Universitetinin anatomiya muzeyində praktik dərs keçdi

Azərbaycan  Dövlət Pedaqoji Universitetinin (ADPU)   İbtidai təhsil fakültəsinin  tələbələri  “Uşaq anatomiyası, fiziologiyası və gigiyenası” fənni üzrə  növbəti dərsini  Azərbaycan Tibb Universitetinin (ATU) “İnsan anatomiyası  və tibbi terminologiya” kafedrasının  nəzdində  olan  muzeydə keçiblər.

Fənn müəllimi Səadət Qəmbərovanın rəhbərliyi ilə keçirilən praktik  dərsdə ATU-nun “İnsan anatomiyası  və tibbi terminologiya” kafedrasının  müəllimi Ramilə Babayeva muzeydə olan çoxlu sayda   uşaq orqanizminə aid eksponatlar haqqında ingilis dilində informasiya verib.

Əyani  formada tədrisin aparılması, keçilən nəzəri  materialların daha yaxşı mənimsənilməsi  və təhsilin keyfiyyətinə nəzrarətin gücləndirilməsi məqsədi ilə dərsdə İbtidai təhsil fakültəsinin dekan müavini Afət Həsənova da iştirak edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media