logo
Göygöl rayonunda içməli su sisteminin quraşdırılması layihəsinin təqdimat mərasimi həyata keçirildi

Göygöl rayonunda içməli su sisteminin quraşdırılması layihəsinin təqdimat mərasimi həyata keçirildi

Göygöl rayonunda içməli su sisteminin quraşdırılması layihəsinin təqdimat mərasimi həyata keçirildi Göygöl rayonunda içməli su sisteminin quraşdırılması layihəsinin təqdimat mərasimi həyata keçirildi

2 dekabr tarixində Göygöl rayonunda, Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş “Göygöl rayonu Üçtəpə kəndində içməli su sisteminin quraşdırılması” layihəsinin təqdimat mərasimi həyata keçirildi. Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri  Vada Cüniçi, Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı Paşayev Elvin və benefisiar təşkilat olan Gənc Liderlər Təhsil Təlim və İnkişaf İctimai Birliyinin nümayəndələri iştirak etmişdir.

Bu layihədə əsas məqsəd, Göygöl rayonunun Üçtəpə kəndində su toplama nöqtəsi, su çəni, su borusu (4,300 metr), 3 bulaq (tap- stand) ilə təmin olunmuş su sisteminin inşasıdır. Bu layihənin icrası nəticəsində, Göygöl rayonunun Üçtəpə və Yeni Qızılca kəndlərinin su sisteminin vəziyyətinin yaxşılaşdırılması ilə yerli əhalinin gündəlik həyat və gigiyenik şəraitinin yaxşılaşdırılmasına nail olmaq nəzərdə tutulur. Bu layihənin icra olunması üçün Yaponiya hökuməti təqribən 136,741 manat (80,911 ABŞ dolları) məbləğində qrant ayırmışdır.

İndiyə qədər Azərbaycan Respublikasında ”Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı”  çərçivəsində  icra olunmuş layihələrin ümumi sayı 283 olmaqla, ümumi qrant məbləği isə 23,890,000 ABŞ dollarını keçmişdir.

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” Azərbaycan Respulikasının əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumlarının müraciəti mümkündür. Yeni layihə ilə bağlı Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinə müraciət edə bilərsiniz.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media