https://innews.media/uploads/news/2022-12/_innews_ebd7f4bc6b38a3183fd2a7848_o.jpg
Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində Fikrət Əmirovun 100 illik yubileyi ilə əlaqədar “Musiqisi ilə əbədiyaşar sənətkar” başlıqlı tədbir keçirildi
Dekabrın 1-də Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində görkəmli bəstəkar, ictimai xadim, Azərbaycan Respublikasının Xalq artisti, Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun 100 illik yubileyi ilə əlaqədar “Musiqisi ilə əbədiyaşar sənətkar” başlıqlı tədbir keçirilib.
Tədbirdə çıxış edən məktəbin direktoru Xəyal Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dahi bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında imzalanmış sərəncama uyğun olaraq respublikada silsilə tədbirlərin keçirildiyini qeyd edib. Həmçinin bəstəkarın həyat və yaradıcılığı haqqında danışaraq bildirib ki, musiqisinin coşqunluğu, təsirli ifadə gücü, zəngin harmoniya və orkestr çalarları ilə dinləyicini valeh edən sənətkar Azərbaycanı dünyaya tanıdan milli bəstəkarlıq məktəbinin ən layiqli nümayəndələrindən biri kimi sağlığında ölməzlik qazanıb.
Tədbirin davamında məktəbin müəllim və şagirdlərinin ifasında Fikrət Əmirovun əsərlərindən nümunələr səsləndirilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin