https://innews.media/uploads/news/2026-08/_innews_6e6cfe2bc28eaa7e1d9b0ac4a_o.jpg
Musab Məmmədtağıyev Priştina şəhərində keçirilən U15 və yeniyetmələrin Avropa birinciliyində 3 qızıl medal qazanıb.
Birdən qaldırma hərəkətində 124 kq çəkini başı üzərinə qaldıran Musab fəxri kürsünün birinci pilləsinə qalxıb.
70 kq çəki dərəcəsində yarışan atletimiz, təkanla qaldırma növündə 145 kq ağırlığın öhdəsindən gələrək yenə qızıl medala yiyələnib.
Beləliklə iki hərəkətin cəmində 269 kq nəticə göstərən Musab Məmmədtağıyev toplamda da Avropa birinciliyinin qızıl medalına sahib olub.
Ən son xəbərləri səhifəmizdən də izləyin