https://innews.media/uploads/news/2026-08/_innews_5c0178dc2db521b21e55d8386_o.jpg
“Fənərbaxça” Super Liqanın 2-ci turunda “Konyaspor”la oyunda xəsarət alan Kərəm Aktürkoğlunun durumunu açıqlayıb.
Bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
Başından xasarət alan 27 yaşlı vinger nəzarət və ehtiyat tədbirləri üçün xəstəxanada müşahidə altında saxlanılıb və planlaşdırılmış müayinələrdən keçib. Oyunçunun tomoqrafiyasında problem aşkarlanmayıb. O, bu gün də nəzarətdə saxlanılacaq və sabah evə buraxılacaq.
“Fənərbaxça” rəqibini 4:2 hesabı ilə məğlub edib. Aktürkoğlu 54-cü dəqiqədə əvəzlənib.
Ən son xəbərləri səhifəmizdən də izləyin