logo
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası təqdim olunub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası təqdim olunub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası təqdim olunub Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası təqdim olunub

Avqustun 21-də Bakı Kitab Mərkəzində (Baku Book Center) Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markasının təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin və AZCON Holding şirkətlər qrupuna daxil olan "Azərpoçt" MMC-nin rəhbərliyi, paralimpiyaçılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, eləcə də Vətən müharibəsində həlak olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın ilk Paralimpiya çempionu İlham Zəkiyev çıxışında bu kimi tədbirlərin və təbliğat xarakterli materialların Azərbaycanın paralimpiya hərəkatının keçdiyi inkişaf yolunun təbliğinə, paralimpiya hərəkatının və inklüzivliyin təşviqinə mühüm töhfə verəcəyini vurğulayıb.

“Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri, Ümumdünya Filateliya İnkişafı Assosiasiyasının sədri Sitarə Hüseynova qeyd edib ki, 9 paraidman növünü özündə əks etdirən marka Paralimpiya və Milli Paralimpiya hərəkatımıza həsr olunmuş ilk poçt markasıdır.

Təqdimat zamanı poçt markasının dizaynı və üzərində əks olunan elementlər barədə iştirakçılara ətraflı məlumat verilib. Ardınca Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası və xüsusi zərf təqdim edilib.

Tədbirin növbəti hissəsində “Azərpoçt” MMC-nin İdarə Heyətinin üzvü Şaiq Qəribzadə və Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov tərəfindən markanın və zərfin xüsusi möhürlə möhürlənməsi həyata keçirilib.

Tədbirin sonunda xatirə fotosu çəkilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media